7 Mart, 2017
Həmsədrlərin Bakıya gəlmə vaxtı bilindi

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər.

Bunu "Mediamax"a müsahibəsində Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti bildirib.

Onun sözlərinə görə, vasitəçilər əvvəlcə Azərbaycana, sonra mart ayı ərzində Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.

S.Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər.

ABŞ-nın Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bu həftənin sonlarında Bakıya gələcək.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!