7 Mart, 2017
Tarkan Nyu-Yorkda konsert verib

Dünya şöhrətli meqastar Tarkan Nyu-Yorkun ən məşhur “The Novo by Microsoft” konsert salonunda çıxış edib.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “SM Production Group” təşkilatının təşəbbüsü ilə gerçəkləşən konsertdə meqastar tamaşaçılar qarşısında türk və ingilis dillərində olan hit mahnılar səsləndirib.

Konsertdə Nyu-Yorkda yaşayan Meksika, Rusiya və iranlılarla yanaşı, azərbaycanlılar da iştirak ediblər. Həmçinin türkiyəli müğənni Los-Ancelesdə də möhtəşəm konsert proqramı təqdim edib.

Meqastarın növbəti konsertinin Meksikada baş tutacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!