6 Mart, 2017
MSK sədrindən ÇAĞIRIŞ

Mərkəzi Seçki Komissiyası siyasi partiyalara müraciət edib.  MSK sədri Məzahir Pənahov siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi müddətinin aprelin 1-də başa çatacağını bildirib.

O, siyasi partiyaları aprelin 1-nə qədər maliyyə hesabatlarını təqdim etməyə çağırıb: "Maliyyə hesabatları ilə bağlı MSK-nın araşdırmaları MSK-nın səhifəsində yerləşdiriləcək. Çatışmazlıqlardan çəkinmək lazım deyil, hər işdə müəyyən çatışmazlıqlar olur. Maliyyə hesabatları vaxtında təqdim edilməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!