6 Mart, 2017
Nazir:"Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş lazımdır"

"Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş lazımdır". Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan XİN başçısı rusiyalı həmkarının danışıqların substantiv olmasının zəruriliyi ilə bağlı fikirləri ilə razılaşıb.

Onun sözlərinə görə, əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər.

E.Məmmədyarov Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının mütləq olduğunu xatırladıb.

Eyni zamanda Azərbaycan XİN başçısı qeyd edib ki, Ermənistan tərəfinin ritorikası sülhə doğru etdiyimiz hərəkətə uyğun gəlmir.(report)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!