6 Mart, 2017
"Mənzillərindəki elektrik lampasında problem olanda da, “Azərİşıq”ı günahlandırırlar" - QURUM SÖZÇÜSÜ

“Azərbaycanın bütün bölgələrində elektrik enerjisinin təchizatında heç bir probelm yoxdur. Nəinki Abşeron rayonu, Xırdalan qəsəbəsi, bütün bölgələrin hamısı keyfiyyətli, fasiləsiz,elektrik enerjisi ilə təmin olunub.”- Bunu Simsar.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

“Kimin fərdi qaydada problemi varsa, yaşadığı rayonun enerji təchizatı idarəsinə müraciət etsin. 24 saat ərzində bizim əməkdaşlar tərəfindən problem olan yerdə ölçü götürülür, problem araşdırılır. Fərdi qaydada problemi ictimailləşdirib cəmiyyətdə çaşqınlıq yaratmaq lazım deyil.  Vətəndaş bizim 199 saylı  qəza xidmətinə telefon açsın, əgər ora cavab vermirsə, Xırdalan enerji idarəsinə. müraciət etsin.  Kimliyindən asılı olmayaraq, bütün vətəndaşlara eyni gözlə baxırıq. Kimliyindən asılı olmayaraq, problemi varsa aradan qaldırılır.  Elə insanlar var ki, mənzillərində bir elektrik lampasında problem olsa, “Azərİşıq”ı günahlandırırlar. Biz abonentin elektrik lampasını dəyişmək səlahiyyətində deyilik”.

T. Mustafayev bildirib ki, sözügedən qurumun gördüyü işlər yüksək səviyyədədir: “Bütün  informasiya vasitələrində gördüyümüz işlər yüksək səviyyədə işıqlandırılır. Təbii ki, iş olan yerdə müəyyən problemlər də olur. Amma bunlar hamısı diqqətimizdədir. Bizə olunan müraciətin heç biri cavabsız qalmır. Adını çəkdiyiniz vətəndaşın isə bizə nə rəsmi, nə də telefon müraciəti olmayıb. Adam evindəki problemi sosial şəbəkədə işıqlandırır.  Burada səlahiyyətli nümayəndə bizik, bizə müraciət etsin. Biz nəinki bayramda, bütün gün ərzində gücləndirilmiş iş rejimində işləyirik.  Qarlı havalarda belə biz çalışdıq ki, problem olmasın”.

Qurum rəsmisi Fürsətdən istifadə edərək 8 Mart beynəlxalq qadınlar günü münasibətilə xanımları da təbrik edib: “Bayram münasibətilə də qadınları təbrik edirəm. Hər bir xanımın mənzilində işıqları gur yansın”.

Qeyd edək ki, prodüsser Tolik işıqların söndürülməsinə görə  "Azərişıq”-ı sərt tənqid etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!