6 Mart, 2017
Şəmkirdə iki avtomobil toqquşub

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. “Ford” və “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində bir kişi, iki qadın müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 1940-cı il təvəllüdlü Elşad Kərimovun vəziyyəti ağır, qadınların vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!