6 Mart, 2017
Netanyahunun Rusiyaya səfəri gözlənilir

İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiyaya səfəri gözlənilir. Səfər martın 9-da baş tutacaq.

Səfər çərçivəsində Netanyahu Rusiya prezidenti Vladimir Putinlə terrorla birgə mübarizə kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Bundan başqa, görüşün gündəliyində İsrail-Fələstin məsələsinin, eləcə də Rusiya ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafı kimi məsələlər yer alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!