6 Mart, 2017
Bakıda məşhur neftçi Nikolay Baybakovun büstü açılıb

Bakının Sabunçu rayonunda 67 saylı orta məktəbin ərazisində Nikolay Baybakovun büstünün açılışı olub.

ərasimdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, kadr, Mvə informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Murışev iştirak ediblər.

Qeyd edək ki, sovet dövlət xadimi, SSRİ-nin fəxri neftçisi Nikolay Konstantinoviç Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun Neft-mədən fakültəsini "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə bitirərək Bakı şəhərinin neft mədənlərində işləyib.

Müxtəlif vəzifələrdə çalışan N.Baybakov 1955-ci ildə SSRİ Dövlət Plan Komitəsinin sədri, 1956-cı ildə RSFSR Nazirlər Şurası sədrinin birinci müavini olub.

N.Baybakov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. O, ölkənin XX əsr tarixinə böyük dövlət xadimi, neftçi, iqtisadçı mütəxəssis kimi daxil olub. Məşhur neftçi 200-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

N.Baybakov Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatıdır. O, SSRİ EA-nın fəxri akademiki, fəxri titul və adların sahibidir. 6 dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni, Azərbaycanın "İstiqlal" ordeni ilə, həmçinin SSRİ-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunub.

31 mart 2008-ci ildə vəfat edib.

(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!