6 Mart, 2017
Beynəlxalq Stomatoloqlar Günüdür

Hər il bir sıra ölkələrdə martın 6-sı ən qədim peşələrdən biri Beynəlxalq Stomatoloq Günü (International Dentist Day) kimi qeyd edilir.

Bu tarixin seçilməsinin səbəbi isə stomatologiya sənətinin əsas atributlardan birinin məhz bu gün ixtira olunması ilə bağlıdır. Belə ki, 1790-cı ilin bu günü Corc Vaşinqtonun şəxsi diş həkimi Con Qrinvud tərəfindən stomatoloji bor kəşf edilib. Yeni ixtira ayaqla hərəkətə gətirilən iri bormaşın olub. Bu stomatoloji alətin köməyi ilə Qrinvud tərəfindən Corc Vaşinqtonun üçün dörd protez diş hazırlanıb. Ən maraqlısı da odur ki, cihazın hərəkətə gətirilməsində Qrinvud öz anasına aid cəhrənin təkərindən istifadə edib. Elektrik bor maşın isə bu ixtiradan bir əsr sonra, 1907-ci ildə istifadəyə verilib.(azertac)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!