6 Mart, 2017
Britaniya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir

Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Bakıda səfərdə olan S. Makdonald rəsmi görüşlər keçirəcək.

Qonaq artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. S. Makdonaldın Xarici İşlər Nazirliyində görüşləri və ADA Universitetində tələbələr qarşısında çıxışı da gözlənilir.

Səfər bu gün başa çatacaq.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!