6 Mart, 2017
Suğra Bağırzadənin əsərlərindən ibarət sərgi olacaq

Martın 10-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış aktrisa və rəssam Suğra Bağırzadənin sənət əsərlərindən ibarət sərgi açılacaq. Əməkdar Artistin 50-dək sənət əsərinin nümayiş olunacağı sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Müxtəlif mövzulu əsərlərin yer alacağı sərgi bir həftə davam edəcək.(Azərtac)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!