6 Mart, 2017
Xəzərdə zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:38:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.2, dərinliyi 46 km olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd ed'k ki, Xəzərdə sonuncu zəlzələ dünən baş vermişdi. Martın 5-də saat 07:57 radələrində qeydə alınan 3,1 maqnitudalı həmin zəlzələnin ocağı Nardarandan 110 km şimal-şərqdə, Xəzər dənizində olmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!