6 Mart, 2017
Elmar Məmmədyarov həmkarı ilə Dağlıq Qarabağı müzakirə edəcək

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarovla Sergey Lavrov bu gün Moskvada görüş keçirəcəklər. Simsar.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı nazirlər regional və beynəlxalq problemləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, Məmmədyarov həmkarı Lavrovun dəvəti ilə artıq Rusiyada səfərdədir. Səfər iki ölkə arasında aprelin 4-də tamam olacaq diplomatik əlaqələrin 25 illiyinə təsadüf edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!