4 Mart, 2017
Bu yol təmir olundu

“Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsi tam olaraq təmir olunub. Simsar.az xəbər verir ki, təmir işləri ilkin etapda küçənin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, daha sonra Əhməd Rəcəbli küçəsi ilə Azadlıq prospektləri arasında yerləşən 1650 metrlik hissəsində aparılıb. Küçənin ortalama eni 16 metr təşkil edir.

Cəfər Xəndan küçəsinin köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 38 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Təmir işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!