3 Mart, 2017
"Sirena Motors" yeni avtomobilləri təqdim etdi - FOTOLAR

Simsar.az xəbər verir ki, bu gün “Sirena Motors” avtomobil salonunda Çin modeli olan "BAIC X25”, “BAIC x55” və “BAIC bj80” avtomobillərinin təqdimatı olub. Təqdimatdan öncə mərasim iştirakçıları “BAIC”zavodunun istehsal etdiyi avtomobillərdən ibarət, istehsal prosesi və zavod haqqında olan videorolikə baxıblar. Təqdimatın aparıcısı Elcan Rəsulov giriş üçün sözü ilk “Sirena Motors”un direktoru Mehmet Coşka verdi. Qonaqlara təşəkkürünü bildirən shirkət rəhbəri yeni avtomobillərin zövqləri oxşayacağını bildirib. Daha sonra “BAIC” zavodunun rəhbər nümayəndəsi çıxış edərək, zavodun “Sirena Motors”la iş birliyindən danışıb: “Bizlərlə birlikdə olduğunuz üçün təşəkür edirik.  Bu gün “BAIC” markasının yeni modellərinin təqdimi olacaq. Bizim marka Azərbaycanda məşhur brendlərdən biri kimi tanınıb. 3 il öncə biz  bir çox  şirkət arasında seçim edib “Sirena Motors”la əməkdaşlıq etməyə başladıq.  Əmin ola bilərsiniz ki, bizim zavod  sərfəli qiymətlərlə keyfiyyətli avtomobillər təklif edir. Bir daha “Sirena Motors” rəhbərliyinə və gələn qonaqlara təşəkkür edirəm.

Qeyd edək ki, təqdimatda bir sıra tanınmış insanlarmüğənnilərdən Əbdül Xalid, Sevda Yahyayeva, Nicat Cəfərzadə, rejissor Aqil M.Quliyev, Alpaqut Federasiyasının prezidenti Aqil Acalov, aparıcı Zemfira, Cavid Gül və başqaları iştirak ediblər.

Simsar.az

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!