3 Mart, 2017
Qadın alveri ilə məşğul olan qız saxlandı

Azərbaycanlı qadınları Türkiyədə satan 20 yaşlı qız tutulub. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Əliyeva Türkan Vüsal qızının azərbaycanlı qadınları İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.Faktla bağlı araşdırma davam etdirilir.(lent.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!