3 Mart, 2017
Ailə üzvləri ilə dalaşan gənc üzərinə benzin tökdü

Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb.Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 28 yaşlı Zahid FəttHahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Ailə üzvləri yanğının qarşısını alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Z.Fəttahovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!