3 Mart, 2017
Göygöldə silah-sursat tapılıb

Göygöldə silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, martın 2-də Göygöl rayonunun Çaykənd kəndi ərazisindən "AKM" markalı avtomat silahı, "Vatro" markalı və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" və 1 ədəd "İJ-24" markalı tüfənglər, 1 ədəd mərmi, 2 ədəd hərbi təyinatlı işıq və tüstü buraxıcı fişəng, trotil şaşka, 8 ədəd patron darağı, 1 ədəd "F-1" qumbarası, 4 qumbara alışdırıcısı və 1572 ədəd patron aşkarlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!