31 May, 2011
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Mayın 31-də Milli Məclisin növbəti iclasında müzakirə olunan ilk məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı olub. 

Simsar.az xəbər verir ki, qanun layihəsi ilə bağlı ətraflı məlumat verən Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, dəyişikliklərə əsasən, bundan belə əhalidən kommunal xərclərin toplanması zamanı əvvəlcədən bildiriş göndərmədən fiziki şəxslərin işıq, qaz və s. xidmətlərini kəsən müfəttişlər inzibati cəzaya məruz qalacaq. Dəyişikliyə görə, müfəttişlər əhaliyə əvvəlcədən yazılı bildiriş verməklə, onları xəbərdar etməlidir. 

Daha sonra spiker Oqtay Əsədov dəyişikliklərə səsverməyə çıxarıb və layihə səs çoxluğu ilə qəbul edilib.

İclas davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!