3 Mart, 2017
“Ferma” verilişi bağlandı-AÇIQLAMA

ARB TV-də yayımlanan “Ferma” realiti şousu birdəfəlik bağlanıb. Simsar.az xəbər verir ki, bu barədə verilişinin aparıcısı Yeganə Cansail məlumat yayıb.Bildirilib ki, Azərbaycanın tək realiti şousu yayımını dayandırıb:““Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk aparıcısı olduğumu veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi...Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”.

Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, “Ferma” MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!