31 May, 2011
Uşaqlar üçün yeni Azərbaycan filmi çəkilib

Filmin təqdimatı sabah keçiriləcək

Sabah Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni Azərbaycan filmi təqdim ediləcək. “Onun ürəyi” bədii-musiqili filmi saat 19.00-da, Teatr Xadimləri İttifaqında nümayiş etdiriləcək. Filmin yaradıcı heyəti də uşaqlarla görüşəcək.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tədbir yalnız filmin nümayişi ilə məhdudlaşmayacaq, təşkilatçılar uşaqlara sürprizlər hazırlayıb.

Müzikl janrında çəkilən filmə Samir Kərimoğlu quruluş verib. Filmin operatoru Nadir Mehdiyev, musiqilərin bəstəkarı Vüqar Camalzadədir. Nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər.

Arifə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!