1 Mart, 2017
Aleksandr Lapşin vəkilindən imtina etdi

Azərbaycanda həbsdə olan belorusiyalı bloger Aleksandr Lapşin dövlət tərəfindən təyin edilmiş vəkilindən imtina edib. Bu barədə vəkil Səfər Hüseynov məlumat verib.

Vəkil bildirib ki, A. Lapşinin ikinci vəkil tərəfindən müdafiəsinə ehtiyac yoxdur və o, S.Hüseynovdan imtina edib. S.Hüseynovla A.Lapşin arasındakı müqavilə tərəflərin razılığı ilə pozulub.

Qeyd edək ki, Aleksandr Lapşin hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. (trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!