1 Mart, 2017
"Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

Moldova Dağlıq Qarabağda baş verən hadisələri izləyir".

Bunu Moldovanın Azərbaycandakı səfiri George Leuke Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, tərəflər bu mövzuya ötən həftə Bakıda keçirilən XİN-lərarası məsləhətləşmələr zamanı toxunub.

O bildirib ki, ölkəsi həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Münaqişənin nizamlanması ilə məşğul olan müəyyən formatlar var. ATƏT-in Minsk qrupu, 5+2 qrupu bizdə problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə çalışır".(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!