1 Mart, 2017
Azərbaycan Premyer Liqasında XXI turun proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, "İnter"lə "Qəbələ" arasında keçiriləcək turun mərkəzi görüşü martın 4-də saat 20:00-da başlanacaq.

Tura isə həmin gün Sumqayıtda eyniadlı komandanın "Qarabağ"a qarşı görüşü ilə start veriləcək. Ertəsi gün "Kəpəz" autsayder AZAL-ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək

4 mart (şənbə)

16:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

20:00. “İnter” – “Qəbələ”

“İnter Arena”

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”

“Bakcell Arena”

İki günü əhatə edəcək turun görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!