1 Mart, 2017
Bakıda kütləvi dava

Paytaxtda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində 1989-cu il təvəllüdlü Hüseynov Elnur Yusif oğlu və dostu Röyal Məmmədov küçədə naməlum 3 nəfər tərəfindən döyülüb.

Naməlum şəxlərdən biri üzərində gəzdirdiyi bıçaqla E.Hüseynovun bədən nahiyəsinə, R.Məmmədovun isə ayağına zərbə vurub. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər.

Yaralılar küçədəki şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi 6-ci bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb. Xəsarət alan hər iki şəxsin izahatı alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!