1 Mart, 2017
Tramp: "ABŞ-İsrail ittifaqı sarsılmazdır"

ABŞ-İsrail ittifaqı sarsılmazdır. RİA Novosti xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.

“Mən, İranın ballistik raket proqramını dəstəkləyən təşkilatlar və insanlara qarşı sanksiyalar tətbiq etdim və İsraillə sarsılmaz birliyin mövcud olduğunu bir daha təsdiqlədim”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ fevralın əvvəllərində İrana qarşı yeni sanksiyalar tətbiq edib.(azvision.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!