1 Mart, 2017
Türkiyədə iki zəlzələ oldu

Türkiyənin Çanaqqala əyalətinin Bademli rayonunda 4,9 və 4 bal gücündə iki dəfə zəlzələ olub. Bu haqda Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu məlumat yayıb. İnformasiyaya əsasən, yeraltı təkanların ocağı 6,9 km dərinlikdə yerləşib.

Məlumata görə, əyalətin Ayvacık rayonunda isə 3,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanın ocağı 8,2 km dərinlikdə yerləşib.

Bölgədə zəif gücdə yeraltı təkanlar davam edir.(Report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!