28 Fevral, 2017
Bələdiyyənin ərazisi yanıb - AğSTAFADA

Bu gün saat 13 radələrində Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Yanğın 0,3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!