28 Fevral, 2017
Braziliya karnavalında qəza - yaralılar var

Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən karnaval zamanı rəqs platformasının çökməsi nəticəsində 17 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, xəsarət alanlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan iki nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə ilə əlaqədar karnaval yarım saatlıq müddətə dayandırılıb. Yüngül xəsarət alanlara tibbi yardım göstərildikdən sonra karnaval bərpa olunub.

Qəza ilə bağlı Rio-de-Janeyro polisi istintaq aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!