28 Fevral, 2017
Əfv Komissiyası 100-dən çox müraciətə baxıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb. Onun sözlərinə görə, Əfv Məsələləri Komissiyasının növbəti iclası da bu həftə keçiriləcək.

Qeyd edək ki, ümumilikdə Komissiyaya 800-dən artıq müraciət daxil olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!