28 Fevral, 2017
Burak Özcivit iranlı həmkarlarını məhkəməyə verir

Türkiyənin tanınmış aktyoru Burak Özçivit iranlı sənətçilər Məcid Max və Mehdi Moazamı məhkəməyə verməyə hazırlaşır.Türkiyə KİV-i xəbər verir ki, hər iki sənətçi aktyorun "Kara Sevda" teleserialındakı səsləndirmələrindən "To Namoondi" adlı klipdə icazəsiz istifadə ediblər.

Ərəb dünyasında tez bir zamanda məşhurlaşan və kədərli sevgi hekayəsindən bəhs edilən musiqidən xəbər tutan Burak Özçivitin məhkəməyə müraciət etməyə hazırlaşdığı iddia olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!