28 Fevral, 2017
Binəli Yıldırım: "Hər zaman Azərbaycanın yanındayıq”

“Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”. Türkiyə mətbuatı xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı deyib. B. Yıldırım təmas xəttində baş verən son toqquşma zamanı həlak olan Azərbaycan əsgərlərinə rəhmət diləyib: “Azərbaycan xalqının acısını paylaşırıq. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib və bu günə kimi problem həll olunmayıb. Qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!