28 Fevral, 2017
“MilliÖn” aparatını qarət edən şəxslər saxlanılıb

Ötən gecə Salyan rayonunun Şorsulu kəndində Amal Feyzullayevə məxsus mağazada quraşdırılmış “MilliÖn” aparatı sındırılaraq qarət olunub.Qarətçilər mağazanın satış zalına damdan daxil olublar. Hazırda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər rayon sakini saxlanılıb, operativ istintaq-əməliyyat tədbirləri davam etdirilir.(virtualaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!