27 Fevral, 2017
Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri ilə görüşəcək.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Simsar.az-a daxil olan məlumata görə, R.Quluzadə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Vətəndaşlar mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (994 12) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!