27 Fevral, 2017
32 ölkənin nümayəndələri İstanbulda toplanıb

Xəbər verdiyimiz kimi fevral ayının 27-də Türkiyənin İstanbul şəhərində Türk Cümhuriyyətindəki "Rus-Türk" xalqları diplomatiyası universitetinin inkişafı konsepsiyası üzrə strateji layihə sessiyası keçiriləcək. Hazırda İstanbulun Maltəpə universitetində dünyanın 32 ölkəsindən olan nümayəndələrin iştirakı ilə keçirilən tədbir İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyi təşkil edib. Tədbirdə Dərnəyin prezidenti Məryam Yermakova, beynəlxalq diplomatiya, informatika və biznes üzrə vitse prezident, sülhməramlı səfir Aleksander Şapiro Suliman, tanınmış dövlət nümayəndələri və iş adamları iştirak edib. Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi kimi isə tədbirə Söyün Sadıqov qatılıb.  Tədbirdə Azərbaycandan da nümayəndələr qatılıb. Simsar.az saytının direktoru Cəlal İsmayılov və saytın baş redaktoru İradə Nurəddinqızı da sözügedən tədbirdə iştirak ediblər. Sülhməramlı səfir Simsar.az saytının İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyinin informasiya dəstəyi olması təşəbbüsünü irəli sürüb. Eyni zamanda Azərbaycanda da "XXI əsrin Madonnaları" nın numayəndəliyi açılmasının məqsədəuyğun olduğu bildirildi.

İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyi təşkil etdiyi tədbirlər davam edir.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!