27 Fevral, 2017
Beyləqanda mağaza yanıb

Beyləqanda mağaza yanıb. Simsar.az Fövqəladə Hallar Nazirliyin saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli ərzaq mağazasında 12 m2 sahədə taxta rəflər və ərzaq malları yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 130 m2 sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!