31 May, 2011
Atəşkəs pozuldu

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri mayın 31-də saat 01.15-dən 01.30-dək və 01.20-dən 01.23-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!