25 Fevral, 2017
Sabah "Şah İsmayıl Xətai" stansiyasası saat 12:00-a kimi işləməyəcək

Sabah Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası günün birinci yarısında sərnişinlərə xidmət göstərməyəcək. Bu barədə Simsar.az0-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, stansiya saat 12:00-a kimi işləməyəcək. Həmin vaxt "Cəfər Cabbarlı" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qatarlar hərəkət etməyəcək. N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən "Şah İsmayıl Xətai" stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı" stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!