25 Fevral, 2017
İlhamə Quliyevanın vəfatından bir il keçdi

Bu gün xalq artisti İlhamə Quliyevanın dünyasını dəyişməyindən bir il ötür.  Keçən il bu vaxtı onun vəziyyəti, qəflətən pisləşib və həyatını itirib.

Qeyd edək ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Bir sıra xarici ölkələrdə qastrolda olub.

Xalq artisti Tükəzban İsmayılovanın qızıdır.

Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!