25 Fevral, 2017
Gədəbəy sakini özünü güllələyib

Gədəbəy sakini özünü güllələyib. Simsar.az DİN-in saytına istinadən xəbər verir ki, fevralın 24-də Gədəbəy rayonunun Turşsu kəndində kənd sakini Ayaz Cəfərov ehtiyatsızlıqdan tüfəngdən açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Gədəbəy RPŞ əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan tüfəng A.Cəfərovdan götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!