25 Fevral, 2017
3 otaqlı ev yandı

Səhər saatlarında Biləsuvarda yanğın faktı qeydə alınıb. Simsar.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Dərvişli kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan birmərtəbəli 3 otaqlı evin tavanı 44 m2 və dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!