24 Fevral, 2017
Obama Fransanın prezidenti ola bilər

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın fransalı pərəstişkarları onun Fransa prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə çalışırlar. Trend bildirir ki, bir qrup fəal B.Obamanın şəkillərini Paris küçələrində yapışdırıb və təbliğat üçün “Obama17” adlı sayt işə salıb.

Fəalları hətta B.Obamanın diqqətini öz istəklərinə cəlb etmək məqsədilə müvafiq petisiya yaradıblar. Bu petisiyanın 1 milyon nəfər tərəfindən imzalanması gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!