24 Fevral, 2017
Qaynaqçının üzərinə darvaza düşüb

Bərdədə qaynaqçı üzərinə darvaza düşməsi nəticəsində ölüb. Simsar.az -ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb. Həmin kənddə yerləşən təmir sexində rayon sakini Eyyub Muxtarov qaynaq etdiyi dəmir darvazanın üstünə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!