24 Fevral, 2017
İlham Əliyev İsraillə sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.Simsar.az xəbər verir ki,saziş 2016-cı il dekabrın 13-də Bakıda imzalanıb.

Nazirlər Kabineti fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!