24 Fevral, 2017
Özbəkistanda kimyəvi zavodda partlayış: 14 yaralı

Özbəkistanın Ferqana şəhərində "Ferqanaazot" kimyəvi zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb.

Özbəkistanın FHN-nin məlumatına görə, hadisənin başvermə səbəblərinin araşdırılması üzrə araşdırma aparılır və insident nəticəsində həlak olan olmayıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!