23 Fevral, 2017
26 Fevralda metropoliten gücləndirilmiş iş rejiminə keçəcək

Fevralın 26-da Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır. N.Paşayev əlavə edib: "Metronun "Xətai" stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək".(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!