23 Fevral, 2017
Türkiyə Azərbaycanda nümayəndəlik açacaq

Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib. Nazir qeyd edib ki, nümayəndəlik Türkiyənin Azərbaycandakı səfirliyi yanında açılacaq:"Səfirlikdə xüsusi nümayəndə - Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşaviri təyin ediləcək.  O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına məsul olacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!