23 Fevral, 2017
Pakistanda partlayış, 6 ölü, 15 yaralı

Pakistanın Lahor şəhərində partlayış olub. Hadisə nəticəsində 6 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb.

İlkin məlumata əsasən, partlayış səhər saatlarında ofisdə baş verib, binanın bir hissəsi dağılıb.

Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb. Polis səbəbi araşdırır.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!