22 Fevral, 2017
83 yaşlı qadın eyvandan yıxılaraq öldü

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 21-də Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb.  Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!