22 Fevral, 2017
BMT-nin baş katibindən Dağlıq Qarabağ ÇAĞIRIŞI

BMT baş katibi Antonio Quterriş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıb. Bu barədə o, Avropada münaqişələrin həll olunmasına həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasında bildirib. BMT baş katibin sözlərinə görə, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən böhranlar göstərir ki, Avropa yeni münaqişə ocaqlarından sığortalanmayıb.O qeyd edib ki, Avropadakı münaqişələrə aid tez-tez işlənən "dondurulmuş münaqişə" termini çaşqınlıq yaradır: "Sülh sazişləri imzalanıb həyata keçirilməyənədək zorakılğın bərpası riski qalacaq. Biz keçən ilin aprelində Cənubi Qafqazda Dağlıq Qarabağda bunun şahidi olduq”.  BMT baş katibi, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə uyğun olaraq sülhün qorunub saxlanması üzrə kollektiv yanaşmanı gücləndirməlidir.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!